Noyabrın 13-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionunda erməni əsgəri öldürülüb.

Unikal.org report-a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Vardan Arakelyan naməlum şəraitdə güllə yarası alaraq ölüb.

İnsident qoşunların təmas xəttinin cənub istiqamətində qeydə alınıb.

Hadisənin detallarının araşdırılması üçün təhqiqat aparılır.