Türkiyədə 2017-ci ildə konstitusiya referendumu keçiriləcək.
Unikal.org-un məlumatına görə, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi Dənizli vilayətində çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, yeni konstitusiya Türkiyənin regionda və dünyada daha güclü olmağına imkan yaradacaq.