Ukrayna Daxili işlər nazirinin müavini Anastasiya Deeyevaya qarşı cinayət işi açılacaq.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, nazir müavini saxtakarlıq edərək xidməti sənədlərdə yalan məumatları əlavə etdiyinə görə yaxın günlərdə Ukrayna Cinayət Məcəlləsinin 399-cu maddəsinə əsasən, cinayət işi açılacaq.
Anastasiya Deeyeva anketdə DİN-də 10 illik iş təcrübəsinə yiyələndiyini göstərib. Bu isə o deməkdir ki, Anastasiya 14 yaşından hüquq-mühafizə orqanlarının əməkdaşı kimi çalışır.
Deeyeva bu cür yalan məlumat yaydığına görə 3 ilə qədər azadlıqdan məhrum oluna bilər.
Onu da bildirək ki, gənc xanım müavinin bir müddət öncə sosial şəbəkələrdə açıq fotosu yayılmışdı.