Şamaxı rayonu ərazisində torpaq sürüşməsi aktivləşib.
Unikal.org report-a istinadən bildirir ki, rayonun Mədrəsə kəndində torpaq sürüşməsi davam edir. Ərazidə yaşayış evləri ilə yanaşı 40 hektara qədər pay torpağı və otlaq sahəsi sürüşməyə məruz qalıb.
Torpaqda qabarma və çökmələr müşahidə olunur. Magistral yola ziyan dəyib və asfalt örtüyündə çartlar müşahidə olunur.
Kənd sakinlərinin sözlərinə görə, 45 metr uzunluğu, 20 metr eni olan sahədə dəyişiklik daha çox müşahidə olunur.