Göyçay rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
Unikal.org bildirir ki, kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, qətli törədən Kərimov Araz və bacısı Zeynəb İsrafilova Sumqayıt şəhərində yaşayırlar:
"Bacı ilə qardaş hər ikisi nənəsi evinə qonaq gəlib. Hadisə də ondan sonra baş verib. İndi hamını maraqlandıran bir məsələ var, görəsən, bunlar təsadüfən qonaq gəlib, yoxsa qardaşın planı əsasında bu baş verib. Hazırda bu sualın cavabı araşdırılır. Araz Zeynəbi bir neçə yerdən bıcaqlayıb. Zeynəb qanaxmadan ölüb.
Kənd sakinlərinin sözlərinə görə, Z.İsrafilova ailəli olub, amma ərindən boşanıb:
"Onun iki uşağı var.
Bu gecə Göyçay rayonunda qət hadisəsi baş verib. Sumqayıt şəhər sakini Kərimov Araz İlqar oğlu Bakıdan Göyçayın Alpoud kəndinə qonaq gələn bacısı, 1988-ci il təvəllüdlü İsrafilova Zeynəb İlqar qızını bıçaqlayaraq qətlə yetirib.