"Soyunmaqdan zövq alıram" söyləyən müğənni Afaq Aslan son günlərdə açıq-saçıq geyimləri ilə gündəmi ələ alıb.
Unikal.org bildirir ki, ARB Ulduz da yayımlanan "Şou məkan" verilişinin qonağı olan müğənni Afaq Aslan maraqlı açıqlamalar edib.
İfaçı yardıcılığından danışaraq etiraf edib ki, özünün açıq-saçıq geyimi onun sənətini kölgədə qoyub:
"Yaradıcılığıma fasilə versəm də, adım dillərdən düşmür. Onu etiraf edirəm və deyərdim ki, mənim mahnılarımdan, kliplərimdən, yaradıcılığımdan çox adım dillər əzbəridir. Xarici görünüşüm sənətimi kölgədə qoyur. Hansısa geyim mənim xoşuma gəlir və yaxud da evdə otururam, özümü hansısa bir obrazda təsəvvür edirəm və deyirəm ki, bu obrazı canlandırmalıyam və bu geyimi geyinməliyəm. Mən onu geyinirəmsə, o da bir-az səs-küy yaradırsa, o deməkdir ki, yəqin çox yaraşır mənə".
Afaq gündəmdə necə qalacağından da söz açıb:
"Şərt o deyil ki, lüt soyunub ekran qarşısında dayanasan. Şərt odur ki, elə cazibədar görünməlisən ki, insanlar düşünməməlidirlər ki, bundan artıq nə edə bilər. Mən çadra geyib idman zalına gedəsi deyiləm ki və yaxud çadra geyib çimərliyə gedəsi deyiləm ki? Hər yerin öz geyimi var. Təbii ki, mən çimərlik geyimində efirə də çıxası deyiləm. Hər yerin öz qayda-qanunu olduğu kimi, hər yerin də öz geyimi var. Əgər bu qədər danışılırsa, deməli mənə çox yaraşır".
Afaq ayaq tutub yeriyən "bir milyon versələr soyunaram sensasiyalı fikrinə də aydınlıq gətirib:
"Əslində Xaricdə, xüsusilə Hollivud ulduzlarının yaradıcılığında belə bir məqam var ki, hansısa şirkət tərəfindən böyük bir qonorar təklif olunur, təxminən 1 milyon dollar, o qonorar müğənninin özünə çatmır, xeyriyyə məqsədilə istifadə olunur. Bu baxımdan demişəm ki, əgər belə bir şey Azərbaycanda olsaydı, 1 milyon verilsəydi, soyunardım".
Müğənniyə Türkiyədən, imtina edə bilməyəcəyi təklif də gəlib:
"Bu yaxınlarda Türkiyədən serial çəkilişləri üçün təklif almışam. Təxminən, qonorar 1 milyona yaxındır. 1 milyon bizim üçün "anormal" rəqəm ola bilər. Ancaq xarici ölkələr üçün bu normal rəqəmdir. Çəkiləcəyim serialda açıq-saçıq səhnələr, erotik səhnələr var. Mən bilirsiz ki, komplekssiz insanam. İncəsənət qurban tələb edir. Bu sənəti gərək o qədər sevəsən ki, heç bir kompoleksin olmasın. Ona görə də, mənə həvalə olunan bütün səhnələri canlandıracam".
Afaq onunla bir yedə olmaq üçün varından-dövlətindən keçənlərdən danışıb:
"İnsanlar var ki, kompüter arxasında şirə, pələngə dönürlər, qınayırlar ki, bu niyə soyundu? Ancaq mən realda bu münasibəti hiss etmirəm. Hətta, biri bir dəfə yazmışdı ki, sizinlə bir görüş üçün hər şeyimdən keçərəm. Hətta avtomobilimi sizə hədiyyə verərəm. Bu qədər sevginin qarşılığında mən necə deyə bilərəm ki, insanlar məni sevmir və ya qınaq atəşinə tuturlar".aznews.az