Ağstafa rayonunda ağır yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Ağstafa rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, üç avtomobilin toqquşması nəticəsində 2-si kişi, 4-ü qadın olmaqla 6 nəfər xəsarət alıb. Yaralılar - Vaqif Ələkbərov, İman Məmmədov, Rahilə Poladova, Ceyran Poladova, Aybəniz İsrafilova, Hürü Bayramova Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.