"Ağcabədi rayon sakini 6 yaşlı Elton Şirinov qida zəhərlənməsində deyil, ağ ciyər çatışmazlığından vəfat edib.
Unikal.org xəbər verir ki, bunu APA-nın Qarabağ bürosuna Ağcabədi rayon Uşaq Xəstəxanasının baş həkimi Rəfiqə Şirinova deyib: "Düzdür, uşaqla bağlı bizə müraciət olunmuşdu. Amma müraciət edərkən uşağın vəziyyəti çox ağır idi. Növbədə olan həkim cərraha ehtiyac duyduğu üçün onu cərrahiyyə şöbəsinə göndərmişdi. Cərrahiyyə şöbəsində uşağa tənəffüs çatışmazlığı diaqnozu qoyulub. Ağcabədi rayon Xəstəxanasında uşaq cərrahiyyəsi şöbəsi olmadığı üçün uşaq Bərdə Uşaq Cərrahiyyəsi Mərkəzinə göndərilmişdi.
Baş həkim deyib ki, yaxınları uşağın pomidor turşusundan zəhərlənərək öldüyünü desələr də, götürülən nümunələr bunu təsdiq etməyib: "Bizim fikrimizə görə, uşaq ağ ciyər çatışmazlığından vəfat edib".
6 yaşlı Elton Şirinovun babası Əsgər Məmmədov APA-ya nəvəsinin həkim laqeydliyindən öldüyünü deyib. Ə. Məmmədov faktla bağlı həkimlərdən şikayətlərinin olmadığını da açıqlayıb.