Bakıda yanğın hadisəsi qeydə alınıb.

FHN-dən Unikal.org-a verilən məlumata görə, Bakının Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli, 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə, mətbəxin yanar konstruksiyaları və əşyaları 6 kv.m sahədə yanıb, yüksək temperaturdan hamamın və dəhlizin lambirdən ibarət tavanı 8 kv.m sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.