Neftçalada 65 və 62 yaşlı bacıların meyitləri yaşadıqları evdə aşkar olunub.
Unikal.org APA-ya istinadən xəbər verir ki, saat 17.00 radələrində Neftçalanın Qoltuq kəndində evdə yaşayan iki bacı, 1951-ci il təvəllüdlü Gülbəxt Adgül qızının və 1954-cü ildə anadan olmuş Balacaxanım Adgül qızının meyitləri Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar olunub.
Meyitlərin vizual müayinəsi zamanı onların üzərində zorakılıq əlaməti aşkar olunmayıb.