Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.
Unikal.org-un "Report-a istinadən verdiyi məlumata görə, hadisə bu gün Ələt-Astara avtomobil yolunun üstündəki "Ay işığı ticarət obyektinin yaxınlığında qeydə alınıb.
Belə ki, Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 15 ünvanında yaşayan, sürücü işləyən 44 yaşlı Ağalı Mirağa oğlu Hüseynov mübahisə zəminində həmkarı tərəfindən bıçaqlanıb. Sol yanaq nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib. O, dahasonra ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.