Tanınmış Azərbaycan şairi Fikrət Sadıq vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə  kulis.az-a şairin oğlu Orxan Fikrətoğlu məlumat verib. O, dünən gecə evində dünyasını dəyişib.

Fikrət Sadıq ağ ciyər xəstəliyindən əziyyət çəkirdi. Ölüm səbəbi nəfəs tıxanması olub. Mərhumla vida mərasimi bu gün saat 15.00-da yaşadığı ünvanda olacaq.

Harda dəfn ediləcəyi hələlik bəlli deyil. Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olub.

1975-ci ildən Azərbaycan Yazıçılar Birliyində poeziya üzrə məsləhətçi işləyib. Prezidentin fəxri təqaüdçüsü idi

Allah rəhmət eləsin.