Uzun müddətdir ekranlardan uzaq olan Ebru Destan "Renkli Sayfalar" proqramına qonaq olub.

Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, model və aktrisa 10 həftəlik yarımçıq bitən hamiləliyi haqda danışıb:

"...Həkimə getdim, körpənin ürək döyüntüləri artıq dayanmışdı. Qorxunc hadisə idi. Dərhal Çağla Şikelə zəng vurdum, çünki mənimlə eyni şeyi yaşamışdı. Müalicə aldım. Bitkilər həyatımı xilas etdi. Yarımçıq hamiləlikdən 4-5 ay sonra hamilə qalmaq çətindir. Mən 5 ay sonra indi 11 aylıq olan oğluma hamilə qaldım. Depressiyaya düşmüşdüm. Təbiət sağlam olmayan hamiləlikləri bitirirmiş".