Türk Silahlı Qüvvələri (TSK) İraqın şimalında sərhədin sıfır nöqtəsinə edilən əməliyyatda, PKK terrorçuları ilə atışma olub.
Unikal.org xəbər verir ki, nəticədə 1 yaralı terrorist ələ keçirilib. Üzərində aparılan yoxlama zamanı bomba və kalşnikof avtomat götürülüb.
Əsgərlər yaralı terroristə ilkin yardım müdaxiləsini edib, ona su veriblər. Daha sonra müalicə olunmaları üçün xəstəxanaya aparıblar.