ABŞ-da insanı içəridən çürüdən, başqa sözlə "zombi" xəstəliyi qeydə alınıb. İlkin nəticələrə görə, xəstəlik İraq və Əfqanistandan Amerikaya gətirilib.
Unikal.org publika.az-a istinadən bildirir ki, infeksiyanın daşıyıcıları İraqda və Əfqanistanda hərbi xidmətdə olan əsgərlər, həmçinin Mərkəzi və Cənubi Amerikanı gəzən turistlərdir.
ABŞ hərbi hospitalının alimi Naomi Aronson xəstəliklə bağlı bunları deyib: "Bu xəstəliyin dəridə yaratdığı selikli yaralar üzün çirkin görünüşünə gətirib çıxarır, onun daxili forması isə insan üçün ölümcül dərəcədə təhlükəlidir. Ona görə vaxtında diaqnoz qoyulması və müalicələrə başlanması vacibdir. Əks halda xəstəlik ölümlə nəticələnə bilər".
Alimlər bu xəstəliyin insanı içəridən çürütdüyünü və bədənin parçalanmasına gətirib çıxartdığını deyir.
Qeyd edək ki, xəstəliyin İŞİD işğal etdiyi torpaqlarında yayıldığı xəbərləri daha öncə mətbuatda yazılmışdı.