Dubayda iki həmyerlisi tərəfindən zorlanan britaniyalı turist qadın zina etdiyinə görə həbs olunub. İndi 25 yaşlı qadını uzunmüddətli həbsxana həyatı gözləyir.
Unikal.org lenta.ru-ya istinadən xəbər verir ki, adı açıqlanmayan qadına qarşı oktyabr ayında təcavüz edilib. O bu barədə Dubay polisinə məlumat verib. Polis isə qadını özünü həbs edərək, onu nikahsız cinsi əlaqədə olmaqda ittiham edib.
Sonradan britaniyalı turist girov müqabilində azadlığa buraxılıb, lakin ona BƏƏ-ni tərk etmək qadağan olunub. Bundan əlavə o vəkil xidmətinə görə 30 min dollar ödəməlidir. İlkin məlumata əsasən, britaniyalı qadının əri də var, lakin onlar bir yerdə yaşamırlar.
Qadına hücum edənlər isə heç bir çətinlik çəkmədən evlərinə, İngiltərənin Birminqem şəhərinə qayıdıblar.