İzmirdə FETÖ ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində saxlanılıb daha sonra məhkəmə tərəfindən sərbəst buraxılan Fətullah Gülənin vəkili Feti Ün yenidən tutulub.
Unikal.org-un "Milliyet"ə istinadən verdiyi məlumata görə, o, bu gün çıxarıldığı İzmir 4-cü Sülh cəza Məhkəməsində "silahlı terror təşkilatının üzvü olmaq" iddiasına görə həbs olunub.