"Ştat qanunvericiləri tərəfindən Dağlıq Qarabağla bağlı qəbul olunan qərarlar məcburedici qüvvəyə malik deyil və ABŞ-ın xarici siyasətini əks etdirmir".
Unikal.org-un məlumatına görə, bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində yazıb.
Xatırladaq ki, ABŞ-ın Corciya ştatının Nümayəndələr Palatası qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması ilə bağlı qətnamə qəbul edib.(apa)