Polşa prezidenti Ancey Duda yol qəzasına düşüb.
Unikal.org Assaciated Press agentliyinə istinadən xəbər verir ki, qəza
prezidentin BMW markalı limuzinin arxa təkərinin partlaması nəticəsində baş
verib. Təkəri partlayan limuzun Polşanın cənubunda dərəyə düşüb.
Qəza ilə bağlı rəsmi açıqlamada bildirilib ki, hadisə nəticəsində heç kim xəsarət
almayıb:"Avtomobil dərəyə sürüşüb, lakin heç kim xəsarət almayıb. Nəzəri cəhətdən
belə bir şey baş verməməli idi".
(AzNews.az)