Azərbaycanın daha bir yunan-Roma güləşçisi “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
"Unikal" xəbər verir ki, Sabah Şəraiti (130 kiloqram) Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində bu hüquqa sahib çıxıb.
O, yarımfinalda belaruslu Pavel Qlinçuka sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək Olimpiya lisenziyası qazanıb.
Bununla da Azərbaycanın “Paris-2024”ə əldə etdiyi lisenziyaların sayı 23-ə çatıb.
*** 21:21
Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
"Unikal" xəbər verir ki, 60 kiloqram çəki dərəcəsinə malik idmançı bu uğura Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya təsnifat turnirində imza atıb
Yarışın yarımfinalında rumıniyalı Razvan Arnauta qalib gələn idmançı Olimpiadada iştirak hüququ qazanıb.
Bu, Azərbaycanın "Paris-2024"ə ümumilikdə 21-ci lisenziyasıdır.