Banqladeşdə təlim təyyarəsi qəzaya uğrayıb, bir pilot həlak olub.

"Unikal" xarici mətbuata istinadən  xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələrinin informasiya xidməti məlumat yayıb.

"Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus "Yak-130" təlim qırıcısı Çittaqonqdakı Patenqada mexaniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Təyyarənin iki pilotu xilas edilib", - deyə bildirilib.

Üçüncü pilot xəstəxanada dünyasını dəyişib. Digər ikisi isə katapultasiya edə bildikləri üçün xilas edilib.

Təyyarənin səhər saatlarında Karnapxuli çayına düşdüyü bildirilib. Dalğıclar və yanğınsöndürənlər təyyarəni qaldırmaq üçün çalışırlar.