ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya zəng edərək İranın hücumlarına qarşı qisas almamasını deyəcək.
"Unikal" xəbər verir ki, bu barədə Tramp "Axios" müxbiri Barak Ravidə deyib.
Tramp həmçinin ona müharibəni birdəfəlik bitirmək üçün İranla razılığa gəlməyə "çox yaxın" olduğunu söyləyib və əlavə edib ki, diplomatik prosesin İranın İsrailə hücumu ilə "yolunu pozulmasını" istəmir.
"İranın hücumları heç kimə zərər verməyib. Ümid edirəm ki, İsrail qisas almayacaq. Bibi də cavab zərbəsi endirərsə, vəziyyət son 47 ildə və ya son 3000 ildə olduğu kimi davam edəcək", - deyə Tramp qeyd edib.




.jpg)


































.jpg)

















