ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə bağlı məlumatlandırılıb.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ rəsmisi “Axios”a açıqlamasında deyib.

Tramp tərəfləri danışıqlar masasına qayıtmağa səsləyib: 

"İrana məsləhətim: Raketlərinizi buraxmısınız, bəsdir. Danışıqlar masasına qayıdın və razılaşma əldə edin."

Qeyd edək ki, İsrail tərəfi İranın onlara raket zərbələri endirdiyini bildirib. Bu, 8 apreldə atəşkəs elan edildikdən bəri İranın İsrailə ilk raket hücumudur.