Xorvatiyanın "ZNK Misamir" qadın klubunda 10 il futbol oynayan Tixana Nemcic hazırda baş məşqçilik edir.
Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, hazırda 5-ci liqada "Viktorija" klubuna baş məşqçilik edən Tixana yüksək səviyyəyə qalxmaq üçün dərs alır. Gözəlliyi ilə diqqət çəkən Nemcic kişi futbolçularından ibarət kluba baş məşqçilik edir.
O, bu barədə "Qadınlar və kişilər bu dərsləri bərabər səviyyədə ala bilirlərsə, qadınlar niyə kişilərin arasında işləməsin ki" deyib.