"AAAF park şirkətinin "Xırdalan layihəsi, 36 hektar ərazidə yaşayış kompleksindən -12 min mənzildən ibarətdir.

Unikal.org xəbər verir ki, bu barədə şirkətin təmsilçisi Kamran Heydərov Bakı Ekspo Mərkəzində keçirilən RecExpo II Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində azertag-a müsahibəsində bildirib.

Layihə ilə bağlı məlumat verən K.Heydərov deyib ki, kompleks ərazisinin 12 hektarında park, digər hissəsində isə yaşayış binaları yerləşəcək. Burada lisey, əyləncə yerləri, mağazalar, villalar, 17 mərtəbəli yaşayış binaları olacaq.

"Layihənin artıq 90-95 faizi yekunlaşıb. Tikilməkdə olan binaların isə təqribən 1-2 ilə istifadəyə verilməsi planlaşdırılır. Binalar 20 ilə ödənişsiz və ya ilkin ödəniş 10 faiz olmaq şərti ilə faizsiz kreditlə təklif olunur.

Digər yeni layihə isə Xırdalan şəhərinin ərazisində yerləşən "Gənclər şəhərciyidir. Kamran Heydərovun sözlərinə görə, 12 hektar ərazidə tikiləcək şəhərcik 33 binadan ibarət olacaq. Ərazidə bütün ictimai-iaşə obyektləri olan park salınacaq. Yaxın vaxtlarda binaların tikintisi yekunlaşacaq, mənzillərin satışına başlanılacaq.

K.Heydərov əlavə edib ki, "AAAF parkın Xəzər dənizinin sahilində həyata keçirilən "Astara layihəsində əsasən həyət evləri, villalar və ictimai-iaşə obyektlərinin inşası nəzərdə tutulub. Layihə üzrə tikinti işlərinə artıq başlanılıb, işlərin 20 faizi görülüb. Hazırda həyət evlərinin satışı həyata keçirilir.