Sabah saat 11:00-dan 14:00-dək "Qaz İxrac" İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin "Sarıtəpə" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Unikal.org SOCAR-ın saytına istinadən xəbər verir ki, təmir müddətində Şəmkirin Sarıtəpə kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq.