Hazırda davam edən Azərbaycan Premyer Liqasında XIII turun "Zirə" - "İnter" oyununda qeyri-adi hadisə baş verib.
Unikal.org Report-a istinadən xəbər verir ki, qarşılaşmanın 19-cu dəqiqəsində baş hakim Orxan Məmmədov qonaq komandanın futbolçusu Pərdis Fərcad-Azada "sarı" əvəzinə qırmızı vərəqə göstərib. Fərcad-Azad referinin qərarına etiraz etdikdən sonra məsələ həll olunub. Məmmədovun səhvən qırmızı vərəqəyə əl atdığı müəyyənləşib.