Bu gün 70 yaşı tamam olan"Odlar Yurdu Universitetinin rektoru, Milli Məclisin sabiq deputatı Əhməd Vəliyev dindarların qəzəbinə səbəb ola biləcək fikir səsləndirib.

Unikal.org xəbər verir ki, o modern.az-a açıqlamasında bildirib ki, yaxşı musiqiyə qulaq asmağı sevir və hətta, "Azan səsini də bəyənir:

"İnsanın ruhuna xoş təsir edir. "Azanın səsində bir məlahət var. Ancaq dindar insan deyiləm. Dinin mahiyyətini anlaya bilmirəm. Bir Tanrıya inanıram. Ona görə də Allahla insan arasında vasitəçi olmamalıdır. Açıq deyəcəm. Din adamlarını qəbul edə bilmirəm. Söhbət savadlı dindarlardan getmir. Vasif Məmmədəliyev, Hacı Sabir kimi alimlərimiz dinin tarixini gözəl izah edir. Dinin özü də bir oyundur. O da bir qurum, bir partiyadır. Bu insanlar Allah tərəfindən göndərilib, fikirləri məcmusuz, mahiyyətsiz sözlərdir. Din də birlikdir. Hansı din adamı kiməsə əl tutub? Ancaq insanlar ona kömək edir".