Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Tani martın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Unikal.org Azərtag-a istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Qətərin Əmirininşərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Əmir Əlahəzrət şeyx Təmim bin Həməd Al Tanini Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.