Dünyanın ən yaşlı insanı 117-ci ad gününü qeyd etdi.
Unikal.org xəbər verir ki, Emma Morano hal-hazırda dünyanın ən yaşlı insanı sayılır və 3 əsrdir ki, ömür sürür.
Emma 1899-cu ilin 29 noyabr tarixində İtaliyanın Piyemonte bölgəsində anadan olub. Ailənin ilk övladıdır. Özündən başqa 7 bacı-qardaşı olub. Emma Morano uzun ömürlülüyün sirrinin əsasən genetik olduğunu söyləyir. Onun anası 91 il, bir neçə bacısı isə 100 ildən çox yaşayıb. 1990-cı ildən bu yana Emma hər gün 2 çiy, bir bişmiş yumurta yeyir. Son illər isə Morano gün ərzində sadəcə iki yumurta və biraz biskvitlə qidalanır.
26 yaşı olanda onu sevən şəxs evlənməyəcəkləri təqdirdə Emmanı öldürməklə hədələyib. 1938-ci ildə Moranonun 6 aylıq oğlu vəfat edir və Emma ərini evdən qovur. Amma bu evlilik əri 1978-ci ildə vəfat edənə qədər davam edir.
Emma 1975-ci ilə qədər işləyib. Gənclik dövründə bir nəfərə aşiq olsa da, onun sevgilisi 1-ci dünya müharibəsində vəfat edib.olke.az