Bodrumda 5-i oğlan, 1-i qız uşağı olmaqla ibtidai sinif şagirdlərini zorlayan 13 yaşlı E.T. saxlanılıb.

Unikal.org Milliyet-ə istinadən xəbər verir ki, bir ibtidai məktəbdə təhsil alan 8 yaşlı M.K. ilə 9 yaşlı C.Y.-nin məktəbə getmək istəməməsi ailələrində narahatlıq yaradıb.

Uşaqlar məktəbin 8-ci sinifində oxuyan və eyni məhəllədə yaşayan 13 yaşlı E.T. tərəfindən tez-tez təcavüzə məruz qaldıqlarını deyiblər.

Polis şikayət sonrası apardığı araşdırma zamanı müəyyən edib ki, 13 yaşlı məktəbli ümumilikdə eyni məhəllədə yaşadığı 6 ibtidai sinif şagirdini zorlayıb. O da məlum olub ki, E.T. uşaqları atasına məxsus marketin anbarına, ya da evə şokolad verəcəyi vədi ilə apararaq təcavüz edirmiş.

E.T. isə ifadəsində oyun oynadığını və pis bir niyyətinin olmadığını söyləyib. İfadəsi alındıqdan sonta təqsirkar sərbəst buraxılıb.