Prezident İlham Əliyev Rumıniyanın Prezidenti Klaus İohannisə təbrik məktubu ünvanlayıb.

Unikal.org xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Rumıniyanın milli bayramı - Birlik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Rumıniyanı dostluq və sıx əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, strateji xarakter daşıyan tərəfdaşlığımız, ikitərəfli və çoxtərəfli qaydada səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına daim sülh və rifah diləyirəm".