Bəşər Əsəd gücləri Hələbin şərqinə hücumlardan qaçan vətəndaşları bombaladı.
Unikal.org xəbər verir ki, nəticədə qadın və uşaqlar daxil olmaqla 45 adam öldü, onlarla adam yaralanıb. Region sıx hücum altında ...
Bəşər Əsəd rejimi və müttəfiqləri havadan, İran, İraq və Hizbullah hərbi gücləri də qurudan bombalamağa davam edir. Rejimin, bombardmanda qaçan vətəndaşların mərhəmətsizcə vurmağa davam etdiyi Hələbdə fəal jurnalistlər də görünüş və fotoşəkil almaqda böyük çətinlik çəkir.
Bombalama zamanı diqqət çəkən isə aşağıdakı gənc bir oğlanın bacılarının meyti qarşısında ağlamasıdır. Belə ki, bir il öncə bu gənc bombalama zamanı ata və anasını itirmişdi. Bu günki bombalama zamanı isə bacısını itirib.