Səudiyyə Ərəbistanı gün ərzində neft hasilatını 10,06 milyon barelə qədər azaldacaq.
Unikal.org xəbər verir ki, bu barədə RİA Novosti OPEK-dəki mənbəsinə istinadən məlumat verib.
Qeyd edək ki, bu gün Vyanada OPEK-in rəsmi görüşü keçirilir.
Görüşdə OPEK İndoneziyanın təşkilatda üzvlüyünü dayandıraraq onun neft hasilatı üzrə kvotasını kartelin digər üzv ölkələr arasında bölmək barədə qərar qəbul edib.
İndoneziyanın energetika naziri OPEK-də görüşdən öncə bəyan edib ki, ölkəsi neft hasilatının azaldılması ilə bağlı mövqeyini hələ müəyyənləşdirməyib.