Gürcüstanda yanacaq qiymətləri qalxacaq. Belə ki, yeni ildən neft məhsulları üçün aksiz dərəcəsinin artırılması qiymətlərin də artmasına gətirib çıxaracaq.
Unikal.org sputnik-ə istinadən xəbər verir ki, benzinin qiyməti orta hesabla 0,20-0,25 lari (0,08 - 0,1 dollar) artacaq.
Ölkənin Neft Məhsulları İdxalçıları İttifaqının sədri Vano Mtvralaşvili bildirib ki, aksiz dərəcəsi 1 ton benzin üçün 250 laridən 500 lariyə (100-200 dollar) qalxacaq. Dizel üçün bu artım 1 ton üçün 150 laridən 400-ə qədər olacaq.