Türkiyə prezidenti Ərdoğan Rusiyalı həmkarı ilə telefonla danışıb.
Unikal.org xəbər verir ki, prezidentlərin danışığında Hələbdəki son vəziyyət və mülki əhali üçün nəzərdə tutulmuş humanitar yardım məsələləri müzakirə edilib.
Prezident köşkündən verilən məlumata görə danışıq zamanı qarşılıqlı münasibətlərlə yanaşı Hələbdəki insanlıq faciəsi də söhbətin mövzusu olub. Putinlə Ərdoğan Hələbdəki insanlıq faciəsi ilə birlikdə Suriyadakı son vəziyyəti də müzakirə ediblər.
Prezidentlər Hələbdə silahlı münaqişəyə son verilməsi və şəhərin mülki əhalisinə humanitar yardımın çatdırılmasını təmin etmək üçün səyləri artırmaq barədə razılığa gəliblər. Türkiyə-Rusiya münasibətlərini normallaşdırmağın vacibliyi də vurğulanan telefon danışığında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun rus-türk müştərək strateji planlaşdırma qrupunun iclasında iştirak etmək üçün Antalyaya etdiyi səfər və Türkiyənin baş naziri Binəli Yıldırımın 6 dekabr tarixində Moskvaya planlaşdırılan səfəri də müzakirə mövzusu olub.