Naməlum şəxs Nyu-Yorkdakı inkassator furqonundan içində 1,6 milyon dollar dəyərində qızıl olan qabı oğurlayıb."

Unikal.org-un məlumatına görə, bu barədə "CNN" xəbər verib.Şəhərin polis departamenti tərəfindən yayılmış videogörüntüdə yaşlı kişinin furqonun yanından keçdiyi əks etdirilib.

Birdən onun diqqətini maşındakı qızıl cəlb edir və naməlum şəxs onu aparır.Asayiş keşikçiləri şübhəli şəxs barəsində axtarış elan ediblər. Onlar bildiriblər ki, bu, 50-60 yaşlı, Latın Amerikalı mənşəli şəxsdir.