Polşanın Polkovitse şəhərində kömür mədənində baş verən uçqun nəticəsində 8 nəfər ölüb.
Unikal.org-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə mədənin direktoru Pavel Markovski bildirib.
Onun sözlərinə görə, insident zamanı 16 fəhlə şaxtada qapalı vəziyyətdə qalıb. Onlardan 8-in həyatını xilas etmək mümkün olub.
Polkovitse şəhərində 4 günlük matəm elan edilib. Hadisənin araşdırılması üçün xüsusi komissiya yaradılıb.