Dünyanın ən populyar sosial şəbəkəsi Facebook-un banisi və sahibi Mark Zukerberq dünən önəmli açıqlama verib.
32 yaşlı multimilyarder varidatının 99 faizinin xeyriyyə fondlarına bağışlanmasını vəsiyyət edib. Varidatın yerdə qalan 1 faizi isə Mark Zukerberqin yaratdığı fondun hesablarına köçürüləcək.
Unikal.org bildirir ki, Mark Zukerberq və xanımı Prissilla Çanın qızları Maksın 1 yaşı tamam olub.
"İnana bilmirəm ki, bir il keçdi. Qızım dünən ilk dəfə yanağımdan öpdü!" - Zukerberq Facebook-dakı profilində yazıb.