"Bu gün Şimali Qafqazda müharibələr, münaqişələr yoxdur. Bu, Qafqaz Xalqları Ali Dini Şurasının gördüyü işlərin nəticəsidir.

Unikal.org apa-ya istinadən xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

Ötən əsrin 90-cı illərdə Çeçenistanda gedən müharibə ilə əlaqədar Rusiyanın keçmiş prezidenti Boris Yeltsinə müraciət etdiyini xatırladan QMİ sədri qeyd edib ki, Vladimir Putinin dövlət başçısı seçilməsindən sonra Qafqazda dəyişikliklər baş verib: "Qafqazda münasibətlər, Qafqaza olan münasibətlər dəyişdi. Qafqazda sabitlik yarandı, sabitlik bu gün də davam edir. Mən Dağıstanın, Çeçenistanın bugünkü vəziyyətini görəndə fərəhlənirəm. Şimali Qafqaz Azərbaycanla birlikdə çiçəklənir.