ABŞ-ın 45-ci prezidenti Donald Tramp ölkə tarixində ən zəngin insanlardan ibarət administrasiya formalaşdırıb.
Unikal.org xəbər verir ki, Trampın administrasiyasında bir neçə multimilyoner, milyarder və hətta, "Forbes jurnalının siyahısına düşmüş 2 nəfər var. Bu barədə "Washington Post yazıb.
Nəşrin məlumatına görə, bütün vəzifələr tam tutulmasa da, milyonçuların sayının artma ehtimalı çoxdur.
Hazırda komandada bu şəxslər var: Ticarət naziri Uilbur Ross və onun gələcək müavini Todd Riketts, Maliyyə naziri, "Goldman Sachsın direktoru Stiven Mnuçin, Təhsil naziri, Riçard Devosun qohumu, "Amway şirkətinin həmtəsisçisi Betsi Devos.
Donald Trampın komandasına daxil edilə biləcək şəxslər isə bunlardır: neft maqanatı, "Forbesin "Ən zəngin amerikalılar siyahısında 30-cu yerdə qərarlaşan Harold Hemm Energetika naziri, Amerikada restoranlar şəbəkəsinin sahibi Endryu Pazder isə əmək naziri ola bilər.
ABŞ prezidentinin komandasında olan şəxslərin əksəriyyəti varlı olaraq dünyaya gəliblər, elit məktəblərə gediblər, onların daha çox maliyyə və siyasət sahələrində istedadları var.
Nəşr qeyd edir ki, Corc Buş 2001-ci ildə öz komandasını yığanda bunu KİV-də "milyonerlər komandası adlandırmışdılar. Lakin Trampın komandası ilə müqayisə etsək, Buş administrasiyasının ümumi gəlirləri sadəcə 10 faiz (250 milyon dollar) təşkil edib.