54 yaşlı Şəki sakini Asim Mustafazadə traktor qoşqusu altında qalıb.
Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki şəhərində şəhər İcra Hakimiyyətinə məxsus traktorun qoşqusunun altında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq traktorun sürücüsü 1962-ci il təvəllüdlü Mustafazadə Asim İspəndiyar oğlunun cəsədini qoşqunun altından çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.
Əməliyyat saat 18:02-də başa çatıb.