1917-ci il-¦ Birinci Dünya Müharibəsinin davam etdiyi dəhşətli müharibədə Osmanlı ordusu Qəzza-Biressebi mübarizəsində ağır bir məğlubiyyətə məruz qalır.
Unikal.org xəbər verir ki, təqribən 13 min türk əsgəri şəhid olur, 15 mini isə əsir götürülür. Osmanlı ordusu ingilislərə qarşı ərəb cəbhəsində 150 min əsgərini əsir verir. İngilislər isə bu qədər düşmən əsgərinə işgəncələr vermək üçün Misirdə əsir düşərgəsi qurur. Əsir olan əsgərlərin vəziyyəti isə pis idi və xəstəlik içində itib batırdılar. Kim bilir sonuncu dəfə nə zaman çimiblər?!
Belə ki, ingilislər erməni həkimlərin köməyi ilə "cerasol tərkibli su tankerlərində türk əsgərlərini təmizləməyə qərar verir. Təmizləyərkən hamısını birdən "topdan təmizləyək deyib "cerasol adlı kimyəvi maddədən çox istifadə edirlər. Suya girmək istəməyən əsgərlər silah gücü ilə suya salınırlar. Onlar suya girər-girməz dəriləri yanmağa başlayır. Daha sonra başlarını soxmaları da əmr edilir. Başlarını suya soxmaq istəməyənlər isə güllələnərək öldürülür. Başlarını suya salanların əksəriyyətinin gözləri yanır.
Daha sonra bu əsgərlər müalicə məqsədi ilə əməliyyat edilir və gözləri yuvalarından çıxarılır.
Budur, ingilislər minlərlə türkün gözünü belə oyub çıxartdı. Bu gün olsa yenə edərlər!