Vrotslav hava limanında eniş zamanı Polşa prezidenti Anjey Dudanın təyyarəsində texniki nasazlıq baş verib.
Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, İsveçə rəsmi səfərdən qayıdan prezident ötən gün "Rudna şaxtasında qəza nəticəsində ölən 6 mədənçini yad etmək üçün Vrotslava getməyi qərara alıb. Təyyarənin göyərtəsində prezidenti səfər zamanı müşayiət edən jurnalistlər də olub.
"Radio WrocÅ‚awın məlumatına görə, eniş zamanı "təyyarənin kompüter sistemində nasazlıq yaranıb. İnsident zamanı xəsarət alan olmayıb. Anjey Dudanın artıq faciənin baş verdiyi şaxtaya baş çəkdiyi bildirilir. Onun jurnalistlərlə birlikdə Varşavaya başqa təyyarə ilə yola düşəcəyi qeyd olunur.