İtaliyanın Sannadzaro-de-Burqondi "Eni neft-qaz şirkətinin neft emalı zavodunda güclü partlayış baş verib.
Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, partlayışdan sonra zavodun ərazisində bir neçə kilometr aralıdan müşahidə olunan güclü yanğın baş verib.
Hadisə nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat verilmir.
Partlayışın səbəbləri hələlik elan olunmayıb.