Kuba inqilabının lideri Fidel Kastronu son mənzilə əfsanəvi sovet yolsuzluq maşını UAZ-469-da yola salındı.

Unikal.org gazeta.ru-ya istinadən xəbər verir ki, 90 yaşında vəfat edən Fidel Kastronun nəşi Santyaqo-de-Kubaya məhz bu sovet maşınında aparılacaq. Dəfn dekabrın 3-nə planlaşdırılıb.

Dörd gün ərzində sovet maşını 400 km qət etməlidir.Bu zaman Kastroyla yüz minlərlə ölkə sakini vidalaşa bilər.