Türkiyənin Hakkari əyalətinin Çukurca rayonunda təhlükəsizlik qüvvələri ilə terrorçu PKK qruplaşmasının silahlıları arasında baş verən atışma nəticəsində 3 hərbçi şəhid olub, 3-ü isə yaralanıb.

Unikal.org "Haber7"yə istinadən xəbər verir ki, atışma Çukurca rayonundakı Güven dağı ərazisində baş verib.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinindöyüş təyyarələrinin dəstəyi ilə həmin bölgədəkeçirilən antiterror əməliyyatı nəticəsində çoxlu sayda terrorçu məhv edilib.