Bakıda Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi
və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə IV Qlobal
Bakı Forumu çərçivəsində Qarşılıqlı Fəaliyyət Şurasının İllik Plenar iclası
keçirilib.
Unikal.org APA-ya istinadən məlumatına görə, iclasda bir sıra ölkələrin sabiq
dövlət və hökumət başçıları iştirak ediblər.
İclasda çıxış edən Kanadanın sabiq baş naziri Jan Kretyen Şuranın yaranma
tarixindən və məqsədindən bəhs edib. O qeyd edib ki, bu kimi qurumların məqsədi
dünyada sülhə, sabitliyə xidmət edir.
Daha sonra çıxış edən İsgəndəriyyə Kitabxanasının direktoru, NGBM-in həmsədri
İsmayıl Serageldin iclasın tezliklə baş tutacaq IV Bakı Qlobal Forumu çərçivəsində
keçirildiyini və dünyada, xüsusilə Yaxın Şərqdə baş verən hadisələrin forumun əsas
mövzusu olduğunu deyib.
İclas daha sonra "Gələcək forum: sabahın liderlərini ilhamlandırmaq" mövzusu ilə
davam edib.
İrlandiyanın sabiq baş naziri Berti Ahern, Nigeriyanın sabiq prezidenti
Olusegun Obasanjo çıxış edərək mövzu ətrafında fikirlərini söyləyiblər.
Qeyd edək ki, IV Qlobal Bakı Forumu martın 10-11-də keçiriləcək.