ABŞ Konqresinin Nümayəndələr Palatası hərbi məsələlərdə Rusiya ilə əməkdaşlığı məhdudlaşdıran müdafiə büdcəsini qəbul edib.
Unikal.org xəbər verir ki, sənəd Moskva Ukrayna ərazilərinin işğalına son qoymayınca və Ukrayna və NATO ölkələrinin suverenliyi və ərazi bütövlüyü üçün təhlükə yaradan təcavüzkar fəaliyyətindən əl çəkməyincə, həmçinin Minsk sazişlərinə əməl etməyə başlamayınca, Rusiya ilə hərbi əməkdaşlığa vəsait ayırmağı qadağan edir.
Qadağa Əfqanıstanda logistika sahəsində əməkdaşlığa aid deyil. Sənəd 34 nəfər əleyhinə olmaqla 375 səslə qəbul edilib.