Bu gün Özbəkistanda prezident seçkiləri öncəsi son gündür. Ölkədə sükut günü elan edilib.
Unikal.org trend-ə istinadən xəbər verir ki, Özbəkistanda sükut günü ilk dəfə elan edilir. "Özbəkistan Respublikası prezident seçkiləri haqqında" qanuna Özbəkistan Parlamenti tərəfindən 2015-ci ilin sonunda müvafiq düzəlişlər edilib.
Bu gün və seçki günü qanuna uyğun olaraq seçkiqabağı təşviqata yol verilmir - mətbuatda hər bir namizədin xeyrinə yazılar qadağandır, təbliğat xarakteri daşıyan plakatlar və posterlər yığışdırılacaq, namizədlərin özlərinə çıxış etmək qadağandır.
"Qarşıdakı seçkilər - Özbəkistanın inkişaf vektorunu və uşaqlarımızın gələcəyini müəyyən edən mühüm hadisədir. Vətənimizin böyük gələcəyi hər bir seçicinin fəal iştirakından asılıdır. Sülh, xalqımızın əmin-amanlığı və Vətənimizin çiçəklənməsi naminə səs verin!".
Özbəkistan prezidenti beş il müddətinə seçilir.